Milli Məclis siqaretdən istifadənin məhdudlaşdırılmasını müzakirə edəcək
Milli Məclis siqaretdən istifadənin məhdudlaşdırılması haqqındakı qanun layihəsini müzakirə edəcək.
Qanun layihəsində tütün məmulatlarından istifadənin bir çox məkanda qadağan olunmasına dair müddəalar əksini tapıb.
Məlumat Milli Məclisdən APA-ya verilib. Bildirilib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib.