Nazirlər Kabineti

Mənbə: Foto: google.az

Başlıq: Nazirlər Kabineti

Bir çox dövlət strukturlarının əməkdaşları ödənişsiz məzuniyyətə göndərildilər

Məqalə yeniləndi:  20 Mart 2020

“Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək”

Nazirlər Kabineti yanında operativ qərargah bir sıra dövlət qurumlarının əməkdaşlarının bir ay müddətinə məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

Məlumatda deyilir ki, məzuniyyət müvəqqəti xarakter daşıyır və martın 29-dan aprelin 29-a qədər nəzərdə tutulur və əməkhaqqı saxlanılmaqla həyata keçiriləcək.

“Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub. Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır”, - qərarda deyilir.

Qərarda bildirilir ki, növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

sərəncam

sərəncam

Mənbə: Foto: google.az

sərəncam

sərəncam

Mənbə: google.az

sərəncam

sərəncam

Mənbə: Foto: google.az

sərəncam

sərəncam

Mənbə: Foto: google.az

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/483g0l

Ən çox baxılan