Təmiz Binəqədi dünənki yağışdan sonra çirkli suların əhatəsindədir. Hər addımbaşı bu gölməçələrə rast gəlmək olur. Güclü yağış nəticəsində evləri də su basıb. Sakinlər evlərindən çıxıb, işə, məktəbə, hətta dükana da gedə bilmirlər.
Nəqliyyatın hərəkəti də çətinləşib. Burada yaşayanlar deyir ki, hər dəfə yağış yağandan sonra belə vəziyyət olur. Qəsəbə kanalizasiya sularının içində üzür. Lakin onların səsi eşidilmir.
Biləcəri qəsəbəsində isə qaloşsuz gəzmək mümkünsüzdür. Yağan yağış qəsəbə sakinlərini evlərindən didərgin salıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sakinləri təxliyə edib. Hazırda bu küçədə yaşayan qalmayıb.