Binəqədidə sahibkar intihara cəhd etdi, icra başçısı hadisə yerinə gəldi (yenilənib)

Sahibkar daha işləyə bilmədiyini, bezdiyini və “Mənim 500 minimi qaytarın” deyir

Source:


İntihara cəhd edən şəxsin kimliyi məlum olub. Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, İlqar Məmmədov adlı şəxs “Zeytun bağı” restoranın sahibi olub.


İntiharın səbəbi restoranın sökülməsi olub.


Sahibkar daha işləyə bilmədiyini, bezdiyini və “Mənim 500 minimi qaytarın” deyir

Bakının Binəqədi rayonunda intihara cəhd olunub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 minimi qaytarın” – deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”, deyib.

X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

Ana səhifəXəbərlərBinəqədidə sahibkar intihara cəhd etdi, icra başçısı hadisə yerinə gəldi (yenilənib)