Bir polisin xəsarət aldığı bildirilir
Noyabrın 23-də saat 20 radələrində Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən ticarət obyektində yanğın baş verib.
TƏBİB-in məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.
DİN-in mətbuat xidmətindən bildirildi ki, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür. Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Şahidlərin dediklərinə görə ərazidə idman zalı və paltar mağazası olub: “Hadisə gündüz saatlarında olsa faciə baş verə bilərdi”.