Təbiəti mühafizə fəalları artıq bir neçə həftədir ki, Ecofront təşəbbüs qrupunun sosial şəbəkələr üzərindən etdiyi çağırışla toplanıb Binəqədi kəndinə yollanırlar. Məqsədləri, kənddəki Binəqədi gölündə təmizlik işləri aparmaq, bu yeri uzun illər yığılan tullantılardan xilas etməkdir.
Ecofront təşəbbüs qrupunun rəhbəri Cavid Qara deyir ki, gölün üç əsas problemi, məişət tullantıları, balıq torları və kanalizasiya sularıdır.
Eko-aktivistlər Binəqədi gölünü bütün tullantılardan təmizləyənədək buraya gəlməyə davam edəcək, daha sonra istiqamətlərini başqa göllərə çevirəcəklər.