41 nəfər xəstəxanadadır
Daxili İşlər Nazirliyi oktyabrın 1-də Binə qəsəbəsində avtobusla qatarın toqquşması nəticəsində sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirildiyini bildirib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, 42 nəfərdən ikisi, Şakir Əliyev və Yusif Dadaşzadə xəstəxanada ölüblər.
Oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu elektrovozla
toqquşub.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.