Binə qəsəbəsində məktəblilərin də olduğu 160 nömrəli avtobusla hərəkətdə olan qatarla
toqquşub.
Hadisə nəticəsində 34 nəfər yaralanıb, bir 13 yaşlı məktəbli isə həyatını itirib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin açıqlamasına görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub.
Ancaq bəzi sürücülər deyir ki, şlaqbaumlar yarıaçıq vəziyyətdə olur.
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların çoxunun vəziyyəti ağırdır.
Qəza ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə açılıb.
Son olaraq 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə avtobus toqquşmuşdu. Nəticədə 6 nəfər həlak olmuşdu.