Binədə aksiyaya görə 4 nəfər barəsində cinayət işi başlanılıb

DİN polis zabitlərinin xəsarət aldığını, “Fiat-Doblo” markalı iki xidməti avtomobilə ziyan vurulduğunu iddia edir

Source:


DİN polis zabitlərinin xəsarət aldığını, “Fiat-Doblo” markalı iki xidməti avtomobilə ziyan vurulduğunu iddia edir

Noyabrın 8-də saat 08 radələrində 160-170 nəfər Xəzər rayonunun Binə qəsəbə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz əlaməti olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərmişdir. Bu barədə DİN-nin məlumatında bildirilir.

Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atmış, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetirmiş, “Fiat-Doblo” markalı iki xidməti avtomobilə ziyan vurmuşlar.

Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilmişdir. 4 nəfər – o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılmış, 11 nəfər barəsində inzibati həbs tədbiri seçilmiş, 4 nəfər barəsində isə cinayət işi başlanmışdır (Turan İA).

Ana səhifəXəbərlərBinədə aksiyaya görə 4 nəfər barəsində cinayət işi başlanılıb