Binali Yıldırım: ”Türk axını” layihəsi avropalıları narahat etməməlidir

”Moskva və Ankaranın Suriya ilə bağlı mövqeləri yaxınlaşıb”

Source:
Binali Yıldırım foto sosial şəbəkə
Binali Yıldırım foto sosial şəbəkə


”Moskva və Ankaranın Suriya ilə bağlı mövqeləri yaxınlaşıb”

“”Türk axını” energetika layihəsi Avropaya fayda gətirəcək və Brüsseldə narahatlıq doğurmamalıdır” – bu barədə “Sputnik” agentliyinə müsahibəsində Türkiyə baş naziri Binali Yıldırım bildirib.

““Türk axını” layihəsinin əhəmiyyəti onun regionda enerji təhlükəsizliyinin təmin edilməsinə və region ölkələrinə zəruri dəstəyin göstərilməsinə yönəlməsindədir. Avropalıların narahatlığına səbəb olacaq bir şey yoxdur”, deyə Yıldırım vurğulayıb.

Bəzi məlumatlara görə, “Türk axını” layihəsinin yol xəritəsi bu gün İstanbulda Vladimir Putinin iştirakı ilə açılan Beynəlxalq Energetika Konqresi çərçivəsində təsdiq oluna bilər.

Yıldırım həmçinin bildirib ki, Moskva və Ankaranın Suriya ilə bağlı mövqeləri yaxınlaşıb: “Mövqelərimiz yaxınlaşıb. Məsələn, Rusiya bizim “Fırat kalkanı” (Suriyada – red.) əməliyyatı çərçivəsində həyata keçirdiyimiz tədbirləri səmərəli və ədalətli hesab edir”.

“Türkiyə Suriya münaqişəsinin həlli üçün Rusiya, ABŞ və İranın birləşməsində öz rolunu görür”, deyə Yıldırım qeyd edib.

O, həmçinin RF baş naziri Dmitri Medvedevlə görüşün anonsunu verib. Onun sözlərinə görə, hazırda görüşün hazırlanması üzrə texniki işlər aparılır.

Ana səhifəXəbərlərBinali Yıldırım: ”Türk axını” layihəsi avropalıları narahat etməməlidir