Səbail rayonu, Xanlar küçəsi 10-da yerləşən binanın sakinləri evlərini tərk edirlər. Ruslan Səlimov 22 ildir ki, bu mənzildə yaşayır. Deyir ki, son bir ilə qədər hər şey yaxşı idi. “Sabah Residence” -dən bir il əvvəl gəlib onlara binalarının söküləcəyini, yerində bina tikiləndən sonra evlə təmin olunacaqlarını bildiriblər. Ev sahibi şirkət nümayəndəsinin təklifi ilə razlaşmayıb. O deyir ki, üst mərtəbədə aparılan söküntü işlərinə görə evlərində rahat yaşaya bilmirlər.
Səbail Rayonu İcra Hakimiyyətindən zənglərimizə cavab verilmədi. Şirkətin sahə mühəndisi Yusif Quliyev vurğulayır ki, bu, pilot layihədi. O, əlavə edir ki, sakinlərin kirayə və daşınma pulu da qarşılanır. Bundan əlavə, bina hazır olanda sakinlər mənzillə təmin olunacaqlar.
Ruslan Səlimov deyir ki, evlə təmin olunacağına inanmırlar, ona görə də, köçmək istəmirlər.
Ailənin tək istəyi evlərindəki əvvəlki sakitliyin bərpasıdır.