Binanın çökməsinə səbəb yanğındır
Tehranda 17 mərtəbəli ticarət mərkəzində yanğın olub. Yanğından sonra bina çöküb. 30-a yaxın yanğınsöndürənin öldüyü, 38 nəfərin yaralandığı deyilir.
“Habertürk” yazır ki, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb.
Xəbərə görə, çökən 17 mərtəbəli bina Tehranda inşa olunan ilk çoxmərtəbəli tiklililərdəndir. Bina 1962-cı ildə yəhudi iş adamı Həbib Elxanianın vəsaiti hesabına tikilib. “Elghanian” plastik fabriki adlanan bina o dövrün ən hündür tiklisi olub. Orada plastik və toxuculuq emalatxanaları fəaliyyət göstərirmiş.
Təhlükəsizlik baxımından binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin binaları boşaldılıb, əməkdaşlar təxliyə edilib.