Biləsuvarda yerli məmur özünü asdı (yenilənib)

3 övlad atası olan idarə rəisinin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb

Source:



18.21.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rəisin özünü asmasında bir sıra ilginc məqamlar var. rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.


İkinci məktub isə Rayon Prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.


Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.


Hazırda rayon prokurorluğunun əməkdaşları və ekspertlər həmin məktubun hissələrini birləşdirərək oxumağa cəhd edirlər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bildirək ki, rayonda yüksək vəzifə tutan bu şəxsin özünü asmasında böyük müəmmalar yer alıb. Məhz dünən meyit yarılmaq üçün də digər rayona-Cəlilabada aparılıb.


Başqa məlumatlarda 2 ay əvvəl bu vəzifəyə təyin olunan İlkin Ağayevin 10 min manata qədər borcunun olduğu da deyilir.


3 övlad atası olan idarə rəisinin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb

Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.

İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli  bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar.

Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir.

Ana səhifəXəbərlərBiləsuvarda yerli məmur özünü asdı (yenilənib)