Aksiyaçılar sosial yardım ala bilmədiklərini deyirlər
Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirib. Sosial yardımlarını ala bilmədiklərini deyən rayon sakinləri Bakı-Astara yolunu bağlayıblar.
“BakiPost.az”-ın məlumatına görə, hadisə yerinə gələn polislər aksiyanı dağıdıb və yolda yaranmış tıxacın qarşısını alıblar.
Meydan TV-nin Biləsuvarda olan mənbələri də xəbəri təsdiqləyib. Bu barədə sosial şəbəkələrdə də məlumatlar paylaşılıb. Aksiyaçılardan
bir neçə nəfərin saxlanıldığı deyilir. Şahidlər onların polis maşınlarına mindirilərək şöbəyə aparıldığını bildirirlər. Biləsuvar rayon Polis İdarəsindən saxlanılanlar barədə məlumat vermək istəmədilər.