Biləsuvarda Qarabağ qazisi maşınını yandırmaq istəyib

Növbətçi hissədən: “Həmin şəxs bərk sərxoşdur, heç ayaq üstə dayana bilmir”

Source:
Biləsuvar
Biləsuvar
Biləsuvar
Biləsuvar


Növbətçi hissədən: “Həmin şəxs bərk sərxoşdur, heç ayaq üstə dayana bilmir”

Dekabrın 27-də Biləsuvar rayonunda yaşayan Telman adlı Qarabağ qazisi problemlərinə etiraz olaraq maşınını yandırmaq istəyib. Bu barədə Meydan TV-yə hadisənin şahidləri məlumat verib. Məlumata görə, Bolqar çay adlanan körpünün üzərində maşınını saxlayan qazi istəyini həyata keçirə bilməyib, hadisə yerinə gələn polislər onu döyə-döyə bölməyə aparıblar.

Qarabağ qazisinin soyadını müəyyənləşdirmək mümkün olmayıb.

Biləsuvar rayon Polis Şöbəsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, vətəndaşın maşını yandırmaq istəməsi ilə bağlı söylənilənlər həqiqətəuyğun deyil:

“Həmin şəxs bərk sərxoşdur, heç ayaq üstə dayana bilmir. Nə etdiyinin fərqində də deyil. Sadəcə maşını yolun ortasında saxlayıb, başlayıb siqnal verməyə, hərəkətə mane olmağa. Buna görə də əməkdaşlarımız tərəfindən tədbir görülüb, yaranmış vəziyyət aradan qaldırılıb”.

Növbətçi hissədən onu da bildirdilər ki, həmin şəxsin Qarabağ qazisi olması haqda məlumatları yoxdur: “Kimliyi araşdırılır, yalnız adının Telman olduğunu bilirik”.

Ana səhifəXəbərlərBiləsuvarda Qarabağ qazisi maşınını yandırmaq istəyib