Biləsuvar və Saatlı rayonlarına yeni icra başçısı təyin olundu

2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışır.

Source: Specify Source


İTV və Heydər Əliyev Fondunun əməkdaşları icra hakimiyyətinə gətirildi

Prezident İlham Əliyev avqustun 24-də Biləsuvar və Saatlı rayonlarına icra başçıları təyin edib.

Dövlət başçısının sərəncamıyla Faiq Qürbətov Biləsuvar, Elmir Bağırov isə Saatlı rayonuna icra hakimiyyətinin başçısı təyin edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib. Mahir Quliyev vəzifəsindən azad edilməsindən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində həbs

edilib

.

Prezident İlham Əliyev mayın 16-da imzaladığı sərəncamla Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovu vəzifəsindən azad

edib

.

Faiq Qürbətov 2018-ci ildən İctimai Televiziyanın aparat rəhbəri vəzifəsində çalışır.

Elmir Bağırov 2006-cı ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2004- cü ildən Heydər Əliyev Fondun “azerbaijan.az” layihəsinin koordinatoru olub, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib. Elmir Bağırov 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışır.

Ana səhifəSiyasətBiləsuvar və Saatlı rayonlarına yeni icra başçısı təyin olundu