Biləsuvar rayonu

Mənbə: Meydan TV

Başlıq: Biləsuvar rayonu

Biləsuvar sakini bələdiyyə sədrindən şikayətçidir

“Sahələr boş saxlanılır, halbuki onları əkib-becərməklə onlarla adam işlə təmin olunar”

Biləsuvar rayonunun Ağayrı kəndində 500-dən çox ailə var, kəndlilərin əsas dolanışıq yeri əkinçilik və heyvandarlıqdır.

Kənd sakinləri deyir ki, əkin sahəsi olmayanlar dolana bilmirlər.

Kənd sakini Böyükağa Vəkil oğlu Əliyevin sözlərinə görə, Bakıya gəlib iş tapmaqda çətinlik çəkir, kənddə əlavə iş yeri, məşğuliyyət yoxdur. Doğma kəndində torpaq götürüb təsərrüfatla məşğul olmaq, dolanmaq istəyir. Bunun üçün aylardır bələdiyyəyə müraciət etsə də, nəticəsi yoxdur:

«Bələdiyyənin balansında hektarlarla boş torpaq sahəsi var. 42,5 hektar torpaq icarəyə götürüb, təsərrüfatla məşğul olmaq istəyirəm, rüsumu ödəməyə hazıram. Amma bələdiyyə sədri Allahverdi Zeynalov aylardır müxtəlif bəhanələrlə müraciətimə cavab vermir. Dəfələrlə rayon icra hakimiyyətinin rəhbər şəxslərinin qəbulunda olmuşam. Ümumiyyətlə müraciət etmədiyim qurum qalmayıb”.

Biləsuvar Rayon İcra Hakimiyyətinin birinci müavini Xanlar Məmmədovun cavab məktubu

Biləsuvar Rayon İcra Hakimiyyətinin birinci müavini Xanlar Məmmədovun cavab məktubu

Mənbə: Meydan TV

Kənd sakinləri deyir ki, Allahverdi Zeynalov 20 ildir kənd bələdiyyəsinin sədridir. Ona edilən müraciətlərə baxmayaraq, cavanlara kənddə işləmək üçün şərait yaradılmır.

“Sahələr boş saxlanılır, halbuki onları əkib-becərməklə onlarla adam işlə təmin olunar», - Böyükağa Əliyev deyir.

Şikayətçi bildirib ki, kənddə əsasən arpa, pambıq əkilir, torpağı olmayanlar təsərrüfatlarda günəmuzd çalışırlar.

Meydan TV bələdiyyə sədrindən deyilənlərə münasibət öyrənə bilməyib. Allahverdi Zeynalov telefon zənginə cavab verməyib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, edilən şikayət araşdırılıb:

«İcra hakimiyyətinə edilən müraciətlər araşdırılır və uyğun cavablar verilir. Yəqin ki, vətəndaşa da müraciət üzrə cavab göndərilib».

Ağayrı Bələdiyyə sədri Allahverdi Zeynalovun cavab məktubu

Ağayrı Bələdiyyə sədri Allahverdi Zeynalovun cavab məktubu

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qulcpk

Ən çox baxılan