Biləsuvar rayonunun icra başçısı vəzifəsindən azad edilib

Ancaq DTX bu barədə hələ rəsmi məlumat yaymayıb.

Source:


Prezident sərəncam verib

Prezident

İlham Əliyev

aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mahir Quliyev 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 2006-cı ilədək bələdiyyə sədrinin müavini olub.

Mahir Quliyev 2006-cı ilin avqustundan 2011-ci ilin aprelinədək Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 26 aprel 2011-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Yerli medianın məlumatına görə aprelin 29-da DTX Biləsuvar rayonunda əməliyyat keçirib və icra başçısı da daxil olmaqla bir sıra rəhbər şəxslər həbs edilib. Ancaq DTX bu barədə hələ rəsmi məlumat yaymayıb.

Ana səhifə ▸ Siyasət ▸ Biləsuvar rayonunun icra başçısı vəzifəsindən azad edilib