“Səbəb “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulmasıdır”
Avqustun 29-u səhər saat 9-dan Bakı və Gəncənin bəzi yerlərində qaz olmayacaq.
“Azəriqaz” İstehsalat Birliyi baş verənləri Binəqədi şosesində yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulması ilə izah edib:
“İşlər yekunlaşanadək Binəqədi rayonunun, 6, 7, 8, 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin, “Motodrom” adlanan ərazinin və Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”.
Ərazilərdə qazın nə vaxt veriləcəyi, problemin nə zaman həll ediləcəyi açıqlanmayıb.