Bəzi tikinti şirkətləri ilə bağlı cinayət işi başlanıb

Şirkətlər işçiləri müqaviləsiz çalışdırmaqda günahlandırılır

Source:


Şirkətlər işçiləri müqaviləsiz çalışdırmaqda günahlandırılır

Müqaviləsiz işçi qüvvəsindən istifadə etməkdə şübhəli bilinən bəzi tikinti şirkətləri ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluqla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-xidmət) birgə yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, bəzi tikinti şirkətlərilə bağlı daxil olmuş sənədlər baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Araşdırma mərhələsində olan sənədlər Baş Prokurorluğa ASAN-xidmətin tikinti şirkətlərində apardığı monitorinqin nəticələri kimi daxil olub.

İlkin araşdırmalarla məlum olub ki, “İ.N.V.” MTK və “AVES” MMC-nin vəzifəli şəxslərin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar.

“İlkin araşdırmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və ölkənin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr yaranıb.

Bundan irəli gələrək fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanıb.

Araşdırmalar zamanı “Rahatlığın məkanı-Gold” MMC və “AzKO İnşaat” MMC tərəfindən də əmək müqaviləsinin tələblərinin pozulduğu aşkarlanıb və sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün inzibati icraatın açılması barədə qərarlar qəbul edilib” – məlumatda deyilir.

ASAN-xidmət-in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə bu ilin yayında və oktyabrında bir sıra tikinti obyektlində monitorinqlər keçirib və əmək müqaviləsinin olmaması, hüquqi qüvvəsi olmayan müqavilərələ işçilərin işlədilməsi kimi kütləvi halları

aşkar edib.

Bununla bağlı “İ.N.V.” və “Xəzər-SV” adlı mənzil-tikinti kooperativləri (MTK), “İnşaat konstruksiyaları”, “Fileur Global Security Group”, “Rahatlığın məkanı”, “AzKO İnşaat” və “Aves” adlı məhdud məsuliyyətli cəmiyyətlər (MMC), eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar monitorinqlərin nəticələrinə dair sənədlər Baş Prokurorluğa göndərilib.

Ana səhifəXəbərlərBəzi tikinti şirkətləri ilə bağlı cinayət işi başlanıb