Bəzi təşkilatlarda çalışanların maaşı artırılacaq

Foto: Banker.az

Prezident yeni sərəncam imzalayıb

Dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılır.

Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 17-də sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı; Heydər Əliyev Mərkəzi; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Atatürk Mərkəzi; Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; Prezident yanında Elmin İnkişafı Fondu; Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı; Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi; Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi; Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”; Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı; Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi; Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu; Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlığının adları qeyd edilib.

Ana səhifəSosialBəzi təşkilatlarda çalışanların maaşı artırılacaq