Bəzi ömürlük məhbusların cəzaları yüngülləşdirilə bilər

Cinayət Məcəlləsinə ömürlük həbs alanlarla bağlı güzəştlər təklif edilir

Source:


Cinayət Məcəlləsinə ömürlük həbs alanlarla bağlı güzəştlər təklif edilir

Ömürlük azadlıqdan məhrum olanlara bəzi güzəştlər edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 76-cı (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) maddəsinə yeni 4-1 bəndi əlavə ediləcək. Layihə Milli Məclisə prezident İlham Əliyevin təqdimatı ilə göndərilib.

Bildirilir ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti, vaxtından əvvəl azad edilməsi zamanı son beş ildə özünü necə apardığına diqqət ediləcək.

Hazırda CM-da bununla bağlı 57.3-cü maddə var. Maddəyə görə, məhkəmə azı 25 il cəza çəkmiş ömürlük məhkumun cinayəti qəsdən törətmədiyini nəzərə alaraq onun cəzasını sonacan çəkməsinə lüzum görməyə bilər. Bu zaman onun cəzası azadlıqdan məhrum etmə və ya şərti azadlığa buraxılma ilə əvəzlənir.

Daha bir dəyişiklik isə Cinayət Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndinə ediləcək. Dəyişikliyə əsasən, Azərbaycanda cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər.

Layihəyə əsasən, məhkəmə cəzasının azı 25 ilini çəkmiş ömürlük məhkumun qəsdən cinayət törətmədiyini nəzərə alaraq ömürlük azadlıqdan məhrum etməni 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəzləyə bilər.

Hazırda bu müddət 15 ildir.

Layihələr ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərBəzi ömürlük məhbusların cəzaları yüngülləşdirilə bilər