Bəzi ərazilərdə su olmayacaq

”Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən su kəməri təmir edilir”

Source:


”Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən su kəməri təmir edilir”

İyunun 19-u Bakının bir sıra mərkəzi küçələrinə su verilməsində məhdudiyyət olacaq.

Məlumatı “Azərsu” ASC yayıb.

Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində təmir işləri aparılacaq.

Nəticədə saat 11-dən saat 18-ə kimi Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ötən həftə Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinin də bəzi məhəllələrinə bir neçə gün su verilməyib.

Ana səhifəXəbərlərBəzi ərazilərdə su olmayacaq