Bəzi bölgə aeroportlarında yenidənqurma işləri planlaşdırılır

“Bunlar gözdən pərdə asmaq projeləridir”

Source:


“Bunlar gözdən pərdə asmaq projeləridir”

Gələcək illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.

APA yazır ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

Sənəddə “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətinin və gəlirliliyinin artımı üçün yaradılmış “Buta Airways”-in MDB ölkələrinə, Türkiyə və İrana reyslərinin açılmasının nəzərdə tutulduğu deyilir.

“Bunun üçün “Embraer” təyyarələri alınacaq. Mövcud hava gəmiləri təmir ediləcək”.

Sənəddə o da bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində hava məkanından səmərəli istifadə, strategiya və inkişaf üzrə yeni aeronaviqasiya mərkəzinin tikintisi, Yevlax Hava Limanında radar sisteminin inşası, Zaqatala Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzadılması, perronun yenidən qurulması və Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının genişləndirilməsi layihələri həyata keçiriləcək.

Bu, əksər bölgə hava limanlarında ilk yenidənqurma işləri olmayacaq. Daha öncə də aeraportların yenidən qurulmasına vəsaitlər xərclənib.

İqtisadçı Natiq Cəfərli aeroport tikintisinə və yenidən qurulmasına ayrılan 147 milyon 988 min 400 manat vəsaitlə bağlı daha öncə Meydan TV-yə bildirmişdi ki, kiçik ölkəyə bu qədər hava limanının tikilməsi və həmin tikintiyə büdcədən vəsait ayrılması anlaşılan deyil:

“Həm Gəncə, həm Qəbələ, həm Zaqatala, həm də köhnə də olsa Şəkidə aeraport var. Cəmi 200 kilometrlik bir ərazidə 3-4 hava limanının olması Azərbaycan kimi kiçik ölkədə məntiqə əsaslanmır. Bunlar gözdən pərdə asmaq projeləridir. Külli miqdarda ayrılan maliyyə vəsaiti də bunu sübut edir”.

Ana səhifəXəbərlərBəzi bölgə aeroportlarında yenidənqurma işləri planlaşdırılır