Beynəlxalq Vəkillər Assosiasiyası vəkil Xalid Bağırovla bağlı çağırış etdi

Qurum Azərbaycan hakimiyyətini vəkili fəaliyyətindən məhrum etməməyə çağırıb

Source:


Qurum Azərbaycan hakimiyyətini vəkili fəaliyyətindən məhrum etməməyə çağırıb

Böyük Britaniyada yerləşən Beynəlxalq Vəkillər Assosiasiyası Azərbaycan hakimiyyətini Xalid Bağırovu vəkillik fəaliyyətindən məhrum etməməyə çağırıb. Əsasən Nizami Rayon Məhkəməsinə ünvanlanan müraciətdə Azərbaycanın da qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalətli məhkəmənin keçirilməsinə çağırılır.

Azərbaycan Vəkillər Kollegiyası X.Bağırovun vəkillik fəaliyyətindən kənarlaşdırılması barədə iddia qaldırıb. Bu, X.Bağırovun bur çox jurnalist və vətəndaş cəmiyyəti fəalının hüquqlarını müdafiə etməsi fonunda baş verir.

Assosiasiyanın həmsədri Hans Korella deyib: “Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Xalid Bağırovun lisenziyasının dayandırılması ilə bağlı Azərbaycan Hüquqşünaslar Assosiasiyasının qərarından narahatdır.

X.Bağırovun vəkillik fəaliyyətindən kənarlaşdırılması Azərbaycan hakimiyyətinin tənqidi səsləri boğmaq və özgəfikirliliyin istənilən formasının kökünü kəsmək cəhdinə uyğundur. Qısası, vətəndaş cəmiyyətini susdurmaq cəhdidir.

Azərbaycan Hüquqşünaslar Assosiasiyası ölkədə hüquqi peşələrin maraqlarını müdafiə etməyə qadir olan müstəqil institut deyil. Bubun əvəzinə bu qurum hökumətin əli kimi hərəkət edir, öz üzvlərini siyasi motivli məhkəmə proseslərində iştiraka görə təqib edir”, – o bildirib.

Sonra bəyanatda qeyd olunur ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyi dövründə ölkədə insan hüquqlarının vəziyyəti xeyli pisləşib. Son aylar vəkillər, məhbusların maraqlarını müdafiə edən hüquq müdafiəçiləri onların işinə şahid kimi cəlb olunurlar. Bu, müdafiə etdikləri şəxslərin müdafiəsi işini pozmaq məqsədilə hazırlanan strategiyanın təzahürüdür.

X.Bağırov REAL Hərəkatının lideri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, bloqqer Əbdül Əbilov, “NİDA” Hərəkatının fəalları, fəal Ömər Məmmədovun və digərlərinin müdafiəsindən kənarlaşdırılıb.

2014-cü ilin avqustunda Beynəlxalq Vəkillər Assosiasiyası, “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar Avropa Şurası baş katibinə birgə məktub ünvanlayaraq Strasburqu Azərbaycanda repressiyalara son qoymaq üçün addımlar atmağa çağırıblar.

Ana səhifəXəbərlərBeynəlxalq Vəkillər Assosiasiyası vəkil Xalid Bağırovla bağlı çağırış etdi