Beynəlxalq təşkilatlar Xədicə İsmayılova ilə bağlı bəyanat verdi

“Beynəlxalq birliyi, əsasən Avropa Şurasını və üzv dövlətləri Xədicə İsmayılovaya qarşı siyasi motivli cinayət işini pisləməyə çağırırıq”

Source:


“Beynəlxalq birliyi, əsasən Avropa Şurasını və üzv dövlətləri Xədicə İsmayılovaya qarşı siyasi motivli cinayət işini pisləməyə çağırırıq”

Beynəlxalq Hüquq-müdafiə Təşkilatları Koalisiyası (IGPA) “Azadlıq” radiosunun Azərbaycan xidmətinin şərhçisi Xədicə İsmayılovanın müdafiəsi ilə bağlı bəyanat yayıb.

“Azərbaycan hakimiyyəti onun xarici səfərlərinə qoyulan qadağanı dərhal aradan qaldırmalı, ona qarşı məhkəmə çəkişmələrinə son qoymalıdır. Vətəndaş cəmiyyətinə qarşı görünməmiş hücumların  fonunda Xədicə İsmayılovanın həbsi qaçılmaz görünür və hakimiyyətin ölkədəki bütün tənqidi səsləri susdurmaq niyyətini təsdiqləyir”, – deyə bəyanatda deyilir.

Sənədi “ARTICLE 19”, Jurnalistləri Müdafiə Komitəsi, Senzura İndeksi, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Freedom Now, İnsan Haqları Evi Fondu, Mediaya Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Beynəlxalq PEN-klub və Sərhədsiz Reportyorlar kimi təşkilatlar imzalayıblar.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar Xədicə İsmayılova ilə bağlı bəyanat verdi