Beynəlxalq təşkilatlar və ABŞ səfirliyi gənc fəalın həbsini pisləyir

”Azərbaycan hakimiyyəti ifadə azadlığına dözümsüz olduğunu göstərməkdə davam edir”

Source:


”Azərbaycan hakimiyyəti ifadə azadlığına dözümsüz olduğunu göstərməkdə davam edir”

Amnesty International və Human Rights Watch təşkilatları gənc fəal Bayram Məmmədovun 10 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarını pisləyiblər.

“Azərbaycan hakimiyyəti ifadə azadlığına dözümsüz olduğunu göstərməkdə davam edir və tənqid etmək və ya həqiqəti söyləmək istəyənləri susdurmaq niyyətində olduğunu gizlətmir”, – Aİ nümayəndəsi Denis Kriboşeyev belə deyib.

Öz növbəsində HRW nümayəndəsi Giorgi Qogiya isə söyləyib ki, Azərbaycanda siyasi satira qadağa altındadır və amansızcasına cəzalandırılır. 21 yaşlı Bayram Məmmədovun işi üzrə məhkəmə qərarı ölkədə əsas hüquq və azadlıqların olmadığını göstərir.

ABŞ-ın Azərbaycandakı səfirliyi də Bayram Məmmədovun həbsinə münasibət bildirib.

“Amerika Birləşmiş Ştatları və Azərbaycan demokratiya və insan hüquqları sahəsində uzun müddətdır ki, birgə çalışır. Bu, bizim münasibətimizin 3 əsas tərəfindən biridir.

Vaşınqton Azərbaycanı dəfələrlə əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırıb”, – səfirlik bildirib

Bundan öncə məhkəmə digər fəal Qiyas İbrahimovu 10 il müddətinə həbs edib. Bu gənclər Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazıblar və buna görə heroin alverində ittiham olunaraq həbs ediliblər.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar və ABŞ səfirliyi gənc fəalın həbsini pisləyir