Beynəlxalq təşkilatlar Leyla Yunusla bağlı birgə bəyanat yaydı

“Azərbaycan hakimiyyəti vəziyyətə təcili müdaxilə etməlidir ki, Leyla Yunusa qarşı bütün fiziki və mənəvi təzyiqlərə son qoyulsun, o, qeyri şərtsiz azad edilsin”

Source:


“Azərbaycan hakimiyyəti vəziyyətə təcili müdaxilə etməlidir ki,  Leyla Yunusa qarşı  bütün  fiziki və mənəvi  təzyiqlərə son qoyulsun, o, qeyri şərtsiz azad edilsin”

Cenevrədə yerləşən Işgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətinin ciddi təhlükə altında olması ilə bağlı birgə bəyanat yayıblar.

Hər iki təşkilat hüquq müdafiəçisinin həyatını xilas etmək üçün  Azərbaycan hakimiyyətinə təzyiqi artırmağla bağlı  beynəlxalq  ictimaiyyəti  qəti olaraq reaksiya verməyə çağırırlar.

“Azərbaycan hakimiyyəti vəziyyətə təcili müdaxilə etməlidir ki,  Leyla Yunusa qarşı  bütün  fiziki və mənəvi  təzyiqlərə son qoyulsun, o, qeyri şərtsiz azad edilsin”, – sənəddə bildirilir.

Xatırladaq ki, son günlər L.Yunusun vəkilləri onun vəziyyətinin kəskin pisləşdiyini bildiriblər. Çox güman ki, onda hepatit C kəskinləşib, o çox arıqlainayıb, yüksək təzyiq və şəkərdən əziyyət çəir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus iyul ayında həbs olunublar. Onlar Ermənistanın xeyrinə casusluq, vergidən yayınma və dələduzluqda ittiham olunurlar.

Onların həbsinun əsl səbəbi siyasi məhbusların siyahısının açıqlanması, 2015-ci il Avropa Oyunlarına boykota çağırış və insan hüquqlarının kəskin pozulmasına görə ölkə hakimiyyətini tənqid etməkdir.

Amnesty İnternational onları “vicdan məhbusları” kimi tanıyıb (Turan İA).

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar Leyla Yunusla bağlı birgə bəyanat yaydı