Nils Mujnieks Avropa Şurasının üzvü kimi Azərbaycana insan hüquqları üzrə öhdəliklərini xatırlatdı
Hakimiyyətin Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusa qarşı təzyiqlərinə Azərbaycanda fəaliyyət göstərən səfirliklər və bir sıra beynəlxalq təşkilatlar reaksiya veriblər.
Hakimiyyətyönlü mediada Fransa səfirliyinin Yunuslara 5 illik viza verilməsi barədə xəbərlərə diplomatik korpusun mətbuat katibi Cəmilə Axundova münasibət bildirib. Xidmət rəhbəri “Media forum” saytına deyib ki, səfirlik vizanı Leyla Yunusa və Arif Yunusa aprelin 28-də verib. Amma xanım Axundova vizanın növünə aydınlıq gətirməkdən imtina edib və vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb.
Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: “Amma bunun səbəbləri haqda məlumatım yoxdur”. (mediaforum)
Amerikanın Bakıdakı səfirliyi də baş verən olaylara reaksiya verib. Səfirlikdən Meydan TV-yə bildiriblər ki, Azərbaycan hökumətinin addımları Leyla və Arif Yunusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdləri ilə bağlıdır: “Baş verənləri yaxından izləyirik, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla birbaşa əlaqə saxlanılıb. Yunuslovların xahişi ilə ABŞ-ın müvəqqəti işlər vəkili Devid Hoqan aprelin 28-də onlarla hava limanında görüşüb. Bu məsələ ilə əlaqədar həmçinin Azərbaycan dövlət rəsmiləri ilə də əlaqə saxlamışıq”.
Səfirlik Rauf Mirqədirovun məsələsi ilə əlaqədar narahat olduğunu ifadə edib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun Bakı hava limanından sonra axtarış və prokurorluq tərəfindən Leyla Yunusun dindirməsindən narahatdır.
Bu barədə komissar aprelin 29-da bəyanat verib. O, təəssüflənib ki, Azərbaycanda tənqidi səslərə qarşı hədə-qorxu ,repressiya dərəcəsini göstərən əlavə bir nümunədir: “Mən bunu ötən həftə yaydığım müşahidələr sənədində qeyd etmişdim.”
Onun sözlərinə görə Azərbaycan hakimiyyəti dərhal belə təcrübələri dayandırmalı, ifadə azadlığına birləşmək və toplaşmaq hüquqlarını təmin etmək üçün təcili tədbirlər görməlidir: “Avropa Şurasının üzvü kimi Azərbaycan insan hüquqları üzrə öhdəliklərin və əməl etmək vəzifəsini daşıyır”.
Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Riçel Danber bildirib ki, Leyla və Arif Yunuslar Brüsselə konfransa gedirdilər. Heç nə onların yola çıxmasına mane olmamalı idi, onla şübhəli şəxs, hansısa cinayət işində şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar. Azərbaycanda hazırda siyasi motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib.
“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına şərait yaradacaq”, deyə Human Rights Watch-un bəyanatında bildirilir.