Beynəlxalq təşkilat jurnalist qətllərinin 50 faiz artdığını deyir

CJP: “Ötən il dünyada 67 jurnalist öldürülüb”

Ötən il dünyada jurnalist qətlləri 2021-ci illə müqayisədə 50 faiz artıb.

Buna Rusiya-Ukrayna müharibəsinin də təsiri olub.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yanvarın 24-də yaydığı hesabatda belə deyilir.

Bildirilir ki, 2022-ci ildə dünyada 67 jurnalist öldürülüb. Bu, 2018-ci ildən bəri ən böyük rəqəmdir.

Hesabatda qeyd edilir ki, ötən il mətbuat üçün ən təhlükəli region Latın Amerikası olub.
Burada 30 jurnalist öldürülüb.

Bu da bütün dünyada öldürülən 67 jurnalist və media işçisinin təxminən yarısını təşkil edib.

2022-ci ildə dünyadakı jurnalist qətllərinin yarıdan çoxu yalnız üç ölkədə – Ukraynada (15), Meksikada (13) və Haitidə (7) baş verib.

“Latın Amerikası ölkələrinin nominal olaraq sülh şəraitində olmasına baxmayaraq, region Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayının çoxunu ötüb. Rəqəmlər 2018-ci ildən bəri ən yüksək sayda jurnalist qətli ilə mətbuat azadlığının kəskin azalmasına işarə edir”, – CPJ prezidenti Jodie Ginsberg deyib.

Onun sözlərinə görə, siyasəti, cinayəti və korrupsiyanı işıqlandırmaq genişmiqyaslı müharibəni işıqlandırmaqdan eyni dərəcədə və ya daha ölümcül ola bilər:

“Bu arada hökumətlər rekord sayda jurnalisti həbs etməkdə davam edir. Dünyada icmaları effektiv şəkildə susduran spiral zorakılıq və cəzasızlıq siyasəti var”.

Jurnalistləri Müdafiə Komitəsi, Mənbə: https://www.humanrightscareers.com/ səhifəsindən screenshot edilib

Öldürülən 67 jurnalist və media işçisindən CPJ ən azı 41-nin bilavasitə işi ilə əlaqədar öldürüldüyünü, digər 26 ölümün motivlərinin isə araşdırılırdığını bildirir.

Ölənlərin böyük əksəriyyəti öz icmalarını işıqlandıran yerli jurnalistlərdir.

Latın Amerikasında cinayət, korrupsiya, dəstə zorakılığı və ətraf mühiti işıqlandıran jurnalistlərin ən çox risk altında olduğu müəyyən edilib.

Meksikada CPJ ümumilikdə 13 jurnalistin öldürüldüyünü sənədləşdirib ki, bu da bu ölkədə bir il ərzində ən yüksək rəqəmdir.

Haitidəki qanunsuzluq və humanitar fövqəladə vəziyyətlə yanaşı, region jurnalist qətllərinin getdikcə artması böhranı ilə üzləşir və bu da yerli icmalar üçün təhlükəsizliyə töhfə verir.

Jurnalistlərin öldürülməsindən sonra bütün dünyada cəzasızlıq davam edir.

Yaxın Şərqdə Fələstinin İordan çayının qərb sahilinin Cenin şəhərində İsrailin hərbi basqını barədə reportaj hazırlayarkən vurularaq öldürülən əslən fələstinli amerikalı jurnalist Şirin Əbu Aklehin qətlinə görə hələ də məsuliyyətə cəlb edilən yoxdur.

Bu arada, yeni prezidentin azad mətbuatı dəstəklədiyini ifadə etdiyi Filippində 2022-ci ildə yerli siyasət və korrupsiyanı işıqlandıran dörd radio jurnalistinin qətlə yetirilməsi zorakılıq mədəniyyətinin və davamlı cəzasızlığın davam edəcəyinə dair qorxuları təzələyib.

CPJ müəyyən edib ki, jurnalistlərin təhlükəsizliyini qorumaq üçün mövcud mexanizmlər mətbuatı qoruya bilmir.

Jurnalistlərin müdafiəsi ilə bağlı xüsusi olaraq dövlət və federal müdafiə və qanunlar jurnalistlərin təhlükəsizliyini təmin etməkdə səmərəsiz olduğunu sübut etməkdə davam edir.

“Bir neçə hökumətin jurnalistləri qorumaq mexanizmləri var. Lakin onlar vədlərini yerinə yetirmirlər. Hökumətlər müdafiəni, etibarlı araşdırmaları və ədaləti təmin etməlidir. Bunu etməmək informasiyanın qara dəliklərinə və ictimai etibarsızlığa doğru təhlükəli yolu göstərir”, – Ginsberg bildirib.

CPJ-nin təhlili 2022-ci ildə öldürülən jurnalistlərin sayını göstərir.

CPJ-nin 2022-ci ildə öldürülən jurnalistlərin məlumat bazasına hər bir fərd üzrə kapsul hesabatlar və məlumatların tendensiyalarını araşdırmaq üçün filtrlər daxildir.

CPJ bütün dünyada mətbuat azadlığını qorumaq üçün işləyən müstəqil, qeyri-kommersiya təşkilatıdır.

Ana səhifəSiyasətBeynəlxalq təşkilat jurnalist qətllərinin 50 faiz artdığını deyir