Beynəlxalq Bankın prezidenti istefa verdi

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib

Source:

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib.

Bankdan

APA

-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Ekspert Samir Əliyev öz Facebook səhifəsində istefanı belə dəyərləndirib: “Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankının çoxlu problemi var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur”.

Ana səhifəXəbərlərBeynəlxalq Bankın prezidenti istefa verdi