Beynəlxalq banka borcu olanlara 4-14 il həbs istənilib

Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər

Source:
International Bank of Azerbaijan
International Bank of Azerbaijan


Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank”ından kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin məhkəmə iclası olub.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, D. Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini zamində olan digər təqsirləndirilən şəxslər – Şakir Musayevin 5 il, Ruslan Əsgərovun 4 il, Seyfulla Seyfullayevin 7 il 6 ay, Fərhad Əmiraslanovun 7 il, Mənsur Zeynalovun 7 il, Rauf Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Proses iyulun 13-də davam edəcək.

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin – 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

D.Xəlilovun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi bildirilir.

Ana səhifəXəbərlərBeynəlxalq banka borcu olanlara 4-14 il həbs istənilib