”Beynəlxalq Bank”-a yeni baş direktor təyin olunub

Hazırda ABB-də 3 baş direktor var

Source:
Beynəlxalq Bank


Hazırda ABB-də 3 baş direktor var

Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.

“Turan”-ın məlumatına görə, o, bu vəzifəni öz istəyi ilə tərk edən Abbas Nəsibovu əvəz edib.

Bankın mətbuat xidmətində xəbəri təsdiq ediblər. Həmçinin bildirilib ki, təyinat 14 dekabrda olub. V.Əhmədov bu təyinatadək “Atəşfah Sığorta” Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Hazırda ABB-də 3 baş direktor var – V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.

Dekabrın 8-də ABB rəhbəri Elmar Məmmədov vəzifədən azad edilib. Bu vəzifədə onu Xalid Əhədov əvəzləyib.

Ana səhifəXəbərlər”Beynəlxalq Bank”-a yeni baş direktor təyin olunub