Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü minaya düşüb

Mənbə: Trend.az

Faktla bağlı araşdırma aparılır

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü Xəzər Babaşov minaya düşüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə aprelin 26-da Tərtər rayonu ərazisində baş verib. Rayonun Suqavuşan kəndi istiqamətində minalardan təmizlənmiş ərazidə mina partlayışı nəticəsində 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Rrokurorluğunda araşdırma aparılır.

Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-da döyüş əməliyyatlarının dayandırılması haqda tərəflər arasında razılaşma imzalanandan bu yana Azərbaycan tərəfdən ümumilikdə 295 nəfər mina partlayışının qurbanı olub. Onların da 51 nəfəri həlak olub, 244-ü yaralanıb. Onların arasında həm hərbçilər, həm də mülki vətəndaşlar var.

Xəzər Babaşov ANAMA (Minatəmizləmə Agentliyi ) ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir.

Ana səhifəXəbərlərBeynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü minaya düşüb