Bir müddət əvvəl Azərbaycan idmançılarında dopinq tapılanda, WADA xəbərdarlıq etmişdi ki, bu ölkənin qurumun tələblərinə əməl etməməsinə dair qərar çıxarıla bilər
Azərbaycan, Qvatemala, Braziliya, Yunanıstan və İndoneziya Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara “tabe olmayan” ölkələr siyahısına salına bilər.
“BBC-Sport” yazır ki, Azərbaycanla Qvatemala dopinq əleyhinə yoxlama proqramlarında nöqsanlarına görə ittihamlarla üzləşib.
WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etmək üçün bu ölkələrin hamısına noyabrın 10-a qədər vaxt verilib. Həmin vaxtadək gərəkən tədbirlər görməsələr, onları “tabe olmayan” ölkələr sırasına aid edəcəklər. Bu barədə qərar noyabrın 19-da, WADA-nın Qlazqo toplantısında veriləcək.
Bir müddət əvvəl Azərbaycan idmançılarında dopinq tapılanda, WADA xəbərdarlıq etmişdi ki, bu ölkənin qurumun tələblərinə əməl etməməsinə dair qərar çıxarıla bilər.