Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident sərəncam verib

Source: president.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)

Prezident sərəncam verib

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verərək Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif İdris oğlu Abdullayevin vəzifəsindən azad edilməsi barədə sərəncam verib.

Bu barədə məlumat prezidentin rəsmi saytında dərc edilib.

Azərbaycan praktikasına uyğun olaraq, icra başçısının hansı səbəbdən vəzifədən azad edilməsi barədə məlumat verilməyib.

V.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə 2012-ci ildə təyin edilmişdi.

Ana səhifəXəbərlərBeyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib