Bəyanat: NİDA üzvlərinə qarşı repressiyalara son qoyulsun!

”Bütün bu repressiyaları birləşdirən ortaq cəhət həbs olunmuş şəxslərin “Facebook”da etdikiləri tənqidi paylaşımlardır”

Source:
Лого Гражданского движения NIDA
Лого Гражданского движения NIDA
Лого Гражданского движения NIDA
Лого Гражданского движения NIDA


”Bütün bu repressiyaları birləşdirən ortaq cəhət həbs olunmuş şəxslərin “Facebook”da etdikiləri tənqidi paylaşımlardır”

“Hakimiyyətin fərqli və müxalif fikrə hörmətlə yanaşmadığı Azərbaycan cəmiyyətinə məlumdur və bir sıra siyasi fəallara, o cümlədən NİDA Vətəndaş Hərəkatının üzvlərinə qarşı həyata keçirilən son repressiyalar bunu bir daha təsdiq edir”.

“Abzas.net”-in məlumatına görə, bu fikirlər NİDA Vətəndaş Hərəkatının yaydığı bəyanatda yer alıb. Hərəkat sosial şəbəkələrdə tənqidi fikir yazan fəalların həbs edilməsinə etiraz edir.

Bəyanatda deyilir: “16 yanvar 2016-cı ildə NİDA üzvü Elgiz Qəhrəman saxta narkotik ittihamları əsasında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni gündə digər üzvümüz Rahim Vəliyev Nərimanov rayon Məhkəməsi tərəfindən polisin qanuni tələblərinə tabe olmamaq ittihamı əsasında 30 sutka inzibati həbsə məhkum edilib. 10 yanvar tarixində isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Nicat Nizamov eyni ittihamla 10 sutka həbs cəzasına məhkum edilib. Yuxarıda qeyd olunan və bizə məlum olan hallardan əlavə işlərinin ictimailəşməsinə istəməyən bir neçə digər şəxs də saxta ittihamlar əsasında inzibati həbsə məruz qalıblar. Bütün bu repressiyaları birləşdirən ortaq cəhət həbs olunmuş şəxslərin “Facebook”da etdikiləri tənqidi paylaşımlardır”.

NİDA Vətəndaş Hərəkatı bunu ifadə azadlığına qarşı növbəti hücum kimi dəyərləndirir və bu repressiyaları pisləyir:

“Bildirmək istəyirik ki, “Facebook” və digər sosial şəbəkələrdə yayılan tənqidi fikirlərin qarşısını vətəndaşları təqibə və həbslərə məruz qoyaraq almaq mümkün olmayacaq və hakimiyyətdən bu davranışdan əl çəkməyi tələb edirik. Cəmiyyətimizdə son vaxtlar artan etirazı tənqidi fikirləri boğmaqla deyil, yalnız ölkədə təcili köklü siyasi və iqtisadi islahatlar keçirməklə, siyasi məhbusları azadlığa buraxmaqla azaltmaq mümkün olacaq”.

Ana səhifəXəbərlərBəyanat: NİDA üzvlərinə qarşı repressiyalara son qoyulsun!