İctimai fəal Bəxtiyar Hacıyev

Mənbə: Foto: Meydan tv

Başlıq: İctimai fəal Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirir

Məqalə yeniləndi:  13 Yanvar 2020

“Diqqətimi yayındırmaq istəyirlər”

Fevralın 9-da keçiriləcək parlament seçkiləridə 29 saylı Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirib.

Sosial şəbəkələrdə bununla bağlı məlumat paylaşan Bəxtiyar Hacıyev ona təhdidin telefon zəngi vasitəsilə olunduğunu deyib. Onun sözlərinə görə, bu, yanvarın 13-də baş verib.

Bəxtiyar Hacıyen bununla bağlı bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini deyib:

“Məni hədələyib hansısa davaya çəkib diqqətimi yayındırmaq istəyirlər, amma heç nəyə nail olmayacaqlar”.

DİN mətbuat katibi Ehsan Zahidov Meydan TV-nin müvafiq sorğusuna cavab olaraq bildirib ki, əgər Bəxtiyar Hacıyev “qaynar xəttə” müraciət edibsə, məsələ araşdırılacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/om4nvx

Ən çox baxılan