Vaqif Əsədov: Məhkəmədən sonra sivil qaydada məhkəmə qərarı haqqında mətbuata açıqlama verəcəm
“Əgər yol polisinin Bəxtiyar Hacıyevə qarşı etdiyi qanunsuz hərəkətlə bağlı əlində dəlil-sübut və ya fakt varsa, buyurub, bizə şikayət ərizəsi ilə müraciət etsin”.
Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “gununsesi.info”ya siyasi fəal B. Hacıyevlə bağlı açıqlamasında deyib.
“Bəxtiyar Hacıyev mətbuata xəbər verdiyi kimi, bizə də şikayət ərizəsi ilə müraciət etsəydi, araşdırardıq. Əgər polis əməkdaşının şikayəti haqqında Bəxtiyar Hacıyevin işini məhkəməyə çıxarıblarsa, o zaman prosesdən sonra sivil qaydada məhkəmə qərarı haqqında mətbuata açıqlama verəcəm”-, deyə o bildirib.