”Beton çökdü, biz də yerə yıxıldıq”

Martın 12-də Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada  uçqun baş verib. Uçqun iki nəfərin həyatına son qoyub. 3 nəfər işçi Klinik Tibbi Mərkəzə yerləşdirilib. Qəza nəticəsində yaralanan Ayaz Orucov deyir ki, 17-18 gün idi işləyirdi, maaşını da tam almamışdı.

Həkim Rövşən Behbudov deyir ki, klinik mərkəzə daxil olan xəstələrdən biri reanimasiya şöbəsindədir.

Binada işləyən fəhlələrdən Samir Mürsəlovun sözlərinə görə, heç kimin ağlına gəlməyib ki, beton tökülə bilər.

Hadisədən sonra Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəVideo”Beton çökdü, biz də yerə yıxıldıq”