Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi

Qazax-Sınıq Körpü Gömrük postunda keçmiş siyasi məhbusa bildiriblər ki, Baş Prokurorluqdan onun ölkədən çıxmasına qadağa qoyulub

Source:


Qazax-Sınıq Körpü Gömrük postunda keçmiş siyasi məhbusa bildiriblər ki, Baş Prokurorluqdan onun ölkədən çıxmasına qadağa qoyulub

Aprelin 14-də keçmiş vicdan məhbusu, prezidentin sonuncu əfv sərəncamı ilə azadlığa çıxan Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilməyib.

Bu barədə Meydan TV-yə Bəşir Süleymanlı özü məlumat verib.

Onun dediyinə görə, Gürcüstandakı qohumları ilə görüşmək üçün adıçəkilən ölkəyə getmək istəyib. Lakin Qazax-Sınıq Körpü Gömrük postunda onu saxlayıblar və bildiriblər ki, Baş Prokurorluqdan onun ölkədən çıxmasına qadağa qoyulub.

Bəşir Süleymanlı əfv olunduğunu desə də, heç bir nəticəsi olmayıb: “Onlara bildirdim ki, istintaq gedən vaxtda ölkədən çıxışıma qadağa qoyulmuşdu. Həm də prezidentin əfv sərəncamı ilə azadlığa çıxdığımı söyləsəm də, nəticəsi olmadı və məni Gürcüstana getməyə qoymadılar”, – deyə Süleymanlı qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı ötən ilin may ayının 26-da  Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə Bəşir Süleymanlı martın 19-da azadlığa çıxıb.

Ana səhifəXəbərlərBəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi