Bəşir Süleymanlının ölkədən çıxışına qoyulan qadağa götürüldü

Ədliyyə müşaviri Eldar Əhmədov vəkilə bu barədə məktub göndərib

Source:


Ədliyyə müşaviri Eldar Əhmədov vəkilə bu barədə məktub göndərib

Prezidentin 19 mart əfv fərmanı ilə azadlığa çıxan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının xaricə çıxışına qoyulan qadağa götürülüb.

Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, o Respublika Prokurorluğuna ərizə  göndərmişdi: “Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov cavab məktubunda bildirib ki, ibtidai istintaqı aparılmış 132006062 saylı cinayət işinin məhkəmə həllini tapması ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət götürülüb”.

Ana səhifəXəbərlərBəşir Süleymanlının ölkədən çıxışına qoyulan qadağa götürüldü