”Sorğu-sualın hansı әmәliyyat mәlumatı әsasında aparılması barədə məlumat vermədilər”
“Vәkilim Elçin Sadıqovla Yevlax Şәhәr Polis İdarәsindә oldum. Bir neçә gün öncә valideynimin polisә çağrılması vә barәmdә sorğu-sual olunması ilә bağlı şikayәtim araşdırıldı. “Narahatlığa əsas yoxdur”, – dedilər”, – hüquq müdafiəçisi Bəşir Süleymanlının sözləridir.
Bəşir Süleymanlı deyir ki, ancaq ona sorğu-sualın hansı әmәliyyat mәlumatı әsasında aparılması barədə məlumat verilməyib: “Odur ki, biz də şikayәtimizә yazılı cavab verilmәsini istәdik”.
Martın 30-da hüquq müdafiəçisi Bəşir Süleymanlının atası 66 yaşlı
Süleyman Süleymanov
Yevlax şəhər Polis İdarəsinə çağrılmışdı.
Əməliyyatçı Süleyman Süleymanovun yaşadığı mənzilə gələrək polis rəisinin onu idarəyə çağırdığını demişdi. İdarədə ona ailə tərkibi, nə işlə məşğul olmaları, partiya üzvlüyü, ümumilikdə əməliyyat xarakterli suallar ünvanlanmışdı. Bundan əlavə, ondan telefonunun, maşınının nömrəsi və kimin adına olması barədə məlumatlar istənmişdi.
Daxili İşlər Nazirliyi Süleyman Süleymanovun polis idarəsinə çağrılmasının səbəbini açıqlamamışdı.
Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum olunub.
O, 2015-ci ilin 19 martında əfv edilib.