Bəşər Əsəd ölkəsini xilas etdiyi üçün Putinə təşəkkür etdi

Putin Rusiyanın Suriyadakı hərbi əməliyyatları başa çatdırdığını təsdiqləyib

Source:
fotolar kremlin.ru
fotolar kremlin.ru


Putin Rusiyanın Suriyadakı hərbi əməliyyatları başa çatdırdığını təsdiqləyib

Noyabrın 20-də Soçidə prezidentlər Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar baş tutub. Onların birgə bəyanatının transkripti Kremlin saytında dərc

olunur

.

Rusiya və Suriya prezidentlərinin görüşü zamanı Suriyadakı vəziyyətin həll edilməsi və Rusiyanın bu prosesdə hərbi yol da daxil olmaqla iştirakının nizamlanması barədə müzakirə aparıblar.

Putin ölkədəki siyasi prosesin “Birləşmiş Millətlər Təşkilatının himayəsi altında icra edilməsinin” lazım olduğunu söyləyib. O, həmçinin Rusiyanın Suriyadakı əməliyyatının başa çatdığını təsdiqləyib:

“Terrorizm üzərində tam qələbə qazanmaq üçün hələ, əlbəttə, uzun yol var, lakin Suriyada terrorçulara qarşı mübarizə üzrə birgə işlərimiz, bu hərbi əməliyyatlar həqiqətən başa çatıb”.

Bəşər Əsəd isə Rusiyanın Suriyadakı əməliyyatını uğurlu adlandırıb və deyib ki, bu, Suriyaya müstəqilliyini müdafiə etməyə və sülh yolu ilə həll üçün siyasi prosesin başlamasına kömək edib. O, Rusiyanın silahlı qüvvələrinə “ölkəsini xilas etmək üçün etdikləri səylərə görə” təşəkkür edib.

BBC yazır ki, prezidentlər arasında əvvəlcədən elan olunmayan görüş Rusiya liderinin “Suriyadakı terrorçularla mübarizədə ortaq işin tamamlanması” şərhi ilə

nəticələnib

.

Prezidentlərin görüşünü Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə hesab edir ki, vaxtilə böyük bir əraziyə nəzarət edən hərbi-siyasi qüvvə İŞID artıq əzilib, sıradan çıxıb:

“Ola bilsin ki, bundan sonra İŞID yarıgizli fəaliyyətə keçəcək, amma əvvəlki islam dövləti xilafəti yoxdur. Bu barədə İranın prezidenti Həsən Ruhani, Suriya prezidenti Bəşər Əsəd və Rusiya dövlət başçısı Vladimir Putin də danışıb. Suriyanın xilas edilməsinə gəlincə, əgər İŞID qalib olsaydı, Suriya, İraq və Livan da bir dövlət kimi yox idi. Onlar bütün müsəlman ölkələrini xilafətdə birləşdirmək iddiasındaydılar, orda isə milli dövlətlərə yer yox idi. Bu baxımdan Bəşər Əsəd doğru deyir ki, həmin qüvvələrin birgə hərbi fəaliyyəti və üstəlik “Hizbullah”ın dəstəyi ilə İŞID sıradan çıxarıldı, nəticədə Suriya xilas edildi”.

Ana səhifəXəbərlərBəşər Əsəd ölkəsini xilas etdiyi üçün Putinə təşəkkür etdi