Berndə Əliyevlə Sərkisyan görüşdü

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər

Source:


Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter” səhifəsində paylaşıb.

Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

Ana səhifəXəbərlərBerndə Əliyevlə Sərkisyan görüşdü