Berlində orduya dəstək aksiyasında Bakıda saxlanılanların azadlığı tələb edildi

Aksiya zamanı Milli Məclisin binasına daxil olanlardan həbs edilənlər var.

Source: Meydan TV


“General Polad Həşimovun qəbrini ziyarət etməyə qoyulan qadağa aradan qaldırılmalıdır”

Azərbaycanın Berlindəki səfirliyi önündə iyulun 20-də aksiya keçirilib.

Tədbirin təşkilatçısı “Kölgə” cəmiyyətinin bir sıra tələbləri olsa da, əsas şüarları Azərbaycan ordusuna dəstək olub.

Bu barədə Meydan TV-yə təşkilatçılar açıqlama verib.

Aksiya iştirakçıları Azərbaycan hökumətinə bir sıra tələblər də irəli sürüblər. Onlar iyulun 14-də Milli Məclisin binası önündə “Orduya dəstək” aksiyasında həbs olunanların təcili azad edilməsini istəyiblər:

“Eyni zamanda, şəhid general Polad Həşimovun məzarının ziyarətinə qoyulan qadağanın ləğvini tələb ediblər. Biz karantin rejiminin də tezliklə ləğv edilməsini istəyirik”.

İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Aksiya zamanı Milli Məclisin binasına daxil olanlardan həbs edilənlər var.

Həbs olunanlar arasında AXCP fəalı Asif Yusifli də var. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1 (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233 (İctimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittihamlar irəli sürülüb.

İyulun 18-də Nəsimi Rayon Məhkəməsində AXCP-nin başqa bir fəalı Seymur Əhmədzadə haqqında da eyni qərar verilib. Ona qarşı da eyni ittihamlar irəli sürülüb.

AXCP-dən Meydan TV-yə bildirilib ki, partiya fəallarına qarşı ittihamlar saxtadır. Onlar həmin gün Qarabağa və Milli Orduya dəstəklərini ifadə etmək üçün yürüşdə iştirak etsələr də, heç bir qanunsuz addım atmayıblar.

Hüquq-mühafizə orqanları Qarabağa dəstək yürüşünə görə saxlanılanların sayı barədə rəsmi məlumat verməsə də, qeyri-rəsmi informasiyalarda təxminin 70 nəfərdən çox adamın saxlandığı, onlardan bir hissəsinin azadlığa buraxıldığı bildirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Ana səhifəSiyasətBerlində orduya dəstək aksiyasında Bakıda saxlanılanların azadlığı tələb edildi