Berlində aksiya: Vilayət Eyvazov cəzalandırılsın!

Aksiyadan yayım


Əfqan Muxtarlı: “Almaniya hökuməti diktatorlara münasibətə yenidən baxmalıdır”

Almaniyada yaşayan siyasi mühacirlərin bir qrupu iyunun 11-də kansler Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirib.

Tədbir Çevik Polis Alayının iyunun 8-də Yasamal rayonunda keçirdiyi əməliyyata etiraz olaraq təşkil olunub.

Aksiya iştirakçıları siyasi məhbusların portretlərini və “Vilayət Eyvazov məhkəmə önünə!”, “Polis zorakılığına son!” şüarlarını qaldırıblar.

Piketdə çıxış edənlər Çevik Polis Alayı əməkdaşlarının Yasamal rayonunda yaşayış məhəlləsində keçirdiyi əməliyyatı pisləyərək, bu qərarı verənlərin, əsasən nazir Vilayət Eyvazovun cəzalandırılmasını tələb ediblər.

Keçmiş vicdan mənbusu, jurnalist Əfqan Muxtarlı Almaniya hökumətini “diktatorlara münasibətə yenidən baxmağa” çağırıb. O bildirib ki, rəsmi Berlin Azərbaycanın antidemokratik rejimi ilə əməkdaşlıq etməməlidir.

“Avropa İittifaqı neft-qaz məsələlərinə görə Azərbaycanda antidemokratik hərəkətlərə, vətəndaşların kütləvi döyülməsinə, həbsinə biganə qalmamalıdır”, – Əfqan Muxtarlı deyib.

Elə bu gün mühacirlər eyni şüarlar və tələblərlə Azərbaycanın Berlindəki səfirliyi qarşısında aksiya keçiriblər.


İyunun 8-də

səhər 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Buna səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması olub.

20200611_135849.jpg
aksiya
Ana səhifəVideoBerlində aksiya: Vilayət Eyvazov cəzalandırılsın!