Bərdə sakini Elçin Şirinov Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 28 oktyabrında Bərdə şəhərini raket atəşinə tutması nəticəsində yaralananlardan biridir.Onun ayağının biri dizindən amputasiya olunub və ona 2-ci qrup əillik dərəcəsi verilib.Bərdə sakini ona ayrılan müavinətdən və diqqətsizlikdən narazıdır.
Elçin Şirinov bədəninin 90 faizinin zərər gördüyünü deyir. Bərdə sakini hələ əməliyyata ehtiyacı olduğunu deyir. İki övlad atası olan Elçin Şirinov onların gələcəyindən narahatdır.
O deyir ki, raket hücumu nəticəsində sağlığıni itirməklə yanaşı taksi xidmətində istifadə etdiyi avtomobili də yararsız hala düşüb.Elçin Şirinov ölkə rəhbərliyinə müraciət edir və köməklik edilməsini istəyir.Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab almaq mümkün olmayıb.