Bərdəyə atılan raket 4 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub (yenilənib)

“Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”.

Source: report.az


18.05.


Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərin sayı 4-ə çatdı. Ölənlərdən biri 8 yaşlı Aysu İsgəndərovadır. Digər ölənlərin də adları məlum olub: Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova.

***


“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var”

Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yayıb.

Hikmət Hacıyev yazır ki, xəsarət alanlar arasında qadınlar və uşaqlar var:

“Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”.

Ana səhifəSiyasətBərdəyə atılan raket 4 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub (yenilənib)