İyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Vaqif oğlu Dadaşovun kredit borcu olmayıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Mərkəzi Bank məsələ ilə bağlı araşdırmalar aparıb. Nəticədə həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmadığı müəyyən edilib.
“Ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur. Belə məlumatları yayanlara tövsiyə edirik ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər”, – deyə Mərkəzi Bankın məlumatında vurğulanıb.
İyulun 8-də Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı gedən yazılarda ğzünə sui-qəsd edən E. Dadaşovun kredit borcuna görə intihar etdiyi önə çəkilib.